Dövlət Reklam Agentliyinin fəaliyyəti Ziya Məmmədovun qoçu dəstəsini yada salır…
Gəncə Regional Reklam İdarəsində nələr baş verir ?
“İNNOVA” İnnovativ Reklamçılıq Şirkəti MMC ölkədə reklam bazarını inhisara alıb…
Bir vaxtlar nəqliyyat naziri Ziya Məmmədovun “qoçu dəstələri” var idi. “Qoçular” avtobus marşrutlarının sahiblərinə hücum edir, taksi sürücülərini döyür və nazirin göstərişi ilə onları cərimələyirdilər, daha doğrusu, qanunsuz pul yığırdılar.
Bu rüsvayçı olayı illər sonra nə üçün yada saldıq..?
Deməli, ADRA əməkdaşları traktorla, buldozerlə, balta ilə, lomla, svarka-qaynaq aparatı ilə hücum edərək reklam lövhələrini kəsib atırlar, sahibkarlara hədə-qorxu gəlirlər.
Söhbət Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyindən gedir.
Qısa məlumat üçün qeyd edək ki, ADRA dövlət başçısının 20 iyun 2017-ci il tarixli fərmanı ilə yaradılıb. Qurumun əsas məqsədi açıq məkanda reklam mühitinin sağlamlaşdırılması, inkişaf etdirilməsi, reklamın məzmunu və reklam daşıyıcıları üzrə hüquqi və texniki tələblərin qorunmasını təmin etmək, reklam yayıcıları və sahibkarlara DƏSTƏK vermək, onları MAARİFLƏNDİRMƏK-dir.
Bəli, məhz sahibkarlara DƏSTƏK və MAARİFLƏNDİRMƏK.
Məlumat üçün onu da qeyd edək ki, ADRA öz fəaliyyətində “Reklam haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU”na əsaslanmalıdır.
QANUN isə reklamın sifarişi, istehsalı (hazırlanması) və yayımlanması sahəsində münasibətlərin, onlara nəzarətin və tənzimləmənin, həmçinin reklam sahəsində özünütənzimləmənin hüquqi əsaslarını müəyyən edir.
Hətta ADRA-nın rəsmi məlumatlarında 700, 800 bəzən 1000-dən artıq reklam lövhəsinin sökülüb dağıdılması barədə qeyd edilir.
Bunlardan bir soruşan yoxdur ki, sizin əsas işiniz SÖKMƏK, DAĞITMAQ deyil, sahibkarlara DƏSTƏK olmaq, onları MAARİFLƏNDİRMƏK-dir.
ADRA-nın əməkdaşları reklamın guya həmən ərazinin-məkanın ESTETİK GÖRÜNÜŞÜNƏ xələl gətirməsi bahənəsi ilə bu hücumları təşkil edirlər.
Amma əslində məqsəd başqadır.
Reklam bazarı açıq və şəffaf olmalıdr.
ARDA rəhbərliyi isə digər reklam şirkətlərini sıradan çıxartmaq, reklam bazarında inhisar-monopoliya yaratmaq üçün özlərinə məxsus “İNNOVA” İnnovativ Reklamçılıq Şirkəti MMC yaradıblar. Və digər reklam şirkətlərinin fəaliyyətinə imkan vermirlər. Bu isə reklam bazarında xaos yaradır, qiymətləri kəskin artırır. Yəni başqa bir reklam şirkətinin 1000 manata hazırladığı reklam məhsulunu “İNNOVA” 5-10 dəfə baha hazırlayır. Bu isə sahibkarların ciddi narazılığına səbəb olur.
Bir müddət əvvəl ADRA əməkdaşlarının “Sədərək” Ticarət Mərkəzinin kənarında yerləşdirilən bir sıra reklam lövhələrini dağıtmasını göz önünə gətirin.
Reklam bazarında baş verən bu qanunsuzluqlarla bağlı
MEMAR Cahid Həsənov mediaya açıqlamasında deyib:
“Ümumdünya Reklamçılar Assosiasiyasının üzvü kimi açıq şəkildə deyə bilərəm ki, Azərbaycan Dövlət Reklam Agentliyi öz adına uyğun fəaliyyət göstərmir. Konkret olaraq, Azərbaycan Dövlət Reklam Agentliyi yarandığı gündən bəri ciddi səhvlərə yol verib. Onun keçmiş rəhbəri Aydın İbadov dövründə bu problemlər başladı, mən isə düşünürdüm ki, ADRA-ya Fərhad Adıgözəlov yeni rəhbər təyin olunandan sonra vəziyyət dəyişəcək. Təəssüf ki, nəinki səhvlər aradan qalxmadı, əksinə, vəziyyət getdikcə daha da pisləşməkdə davam edir.
Yeri gəlmişkən ADRA-nın ən böyük qurumlarından biri Gəncə Regional Reklam İdarəsidir ( rəis Ramin Kazımov).
Gəncə Regional Reklam İdarəsi paytaxtımızdan sonra ən böyük şəhərimiz olan Gəncə şəhərində, eyni zamanda Şəmkir, Samux, Goranboy, Naftalan, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Ağstafa və Qazaxda açıq məkanda yerləşdirilən reklamlar üzərində vahid tənzimləməni və nəzarəti həyata keçirir.
Gəncə Regional Reklam İdarəsindən şikayətçi olan və Prezidentə müraciət etməyə hazırlaşan sahibkarların problemləri ilə bağlı növbəti yazıda bəhs edəcəyik.
Bizi izləyin.
NUH.az