Nyu-York meri Qurana and içərək vəzifəsinə BAŞLADI
Nyu-York şəhərinin meri Zöhran Mamdani Qurana and içərək vəzifəsinin icrasına başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə "Yeni Şafak" qəzeti məlumat yayıb.
Qeyd edək ki, bu, Nyu-York merinin andiçmə mərasimində ilk dəfə olaraq İslamın müqəddəs kitabından istifadə olunması baxımından tarixi hadisədir.
Nəşr yazır ki, 34 yaşlı Zöhran Mamdani andı Nyu-York meriyasının binasının altında yerləşən, uzun müddətdir fəaliyyət göstərməyən metro stansiyasında qəbul edib. O, Nyu-York tarixində ilk müsəlman mer, Cənubi Asiya mənşəli ilk şəxs, eləcə də Afrika doğumlu ilk mer kimi tarixə düşüb.
