Dərc edilib: 02-01-2026

https://www.nuh.az/43903-.html

İlham Əliyev isveçrəli həmkarına başsağlığı verdi

02.01.2026 11:13:04

Siyasət

Azərbaycan Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Qi Parmölənə başsağlığı məktubu ünvanlayıb. 

Qaynarinfo xəbər verir ki, məktubda deyilir:
"Kran-Montanada baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması barədə xəbər bizi olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İsveçrə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm".

NUH informasiya agentliyi səhifəsindən çap edilib