Dərc edilib: 03-01-2026

https://www.nuh.az/43914-.html

Bu gün millət vəkili Əli Məsimlinin doğum günüdür

03.01.2026 12:41:34

Cəmiyyət

Bu gün ölkəmizin ictimai-siyasi həyatında dərin iz qoymuş, uzun illər boyu xalqın səsini, xalqın dərdini daşıyan dəyərli bir millət vəkilinin - Əli  Məsimlinin   doğum günüdür. Onun fəaliyyəti yalnız qanunvericilik çərçivəsi ilə məhdudlaşmır – bu yol xalqa xidmət, dövlətə sədaqət, məsuliyyət və prinsipial mövqe yoludur.

İqtisadi məsələlərin həllində göstərdiyi uzaqgörənlik, cəmiyyətin sosial rifahına yönəlmiş təşəbbüsləri və hər zaman ədalətə söykənən mövqeyi ona xalqın hörmətini qazandırıb. Bu illər ərzində o, təkcə bir vəzifə sahibi deyil, eyni zamanda güvənilən bir söz, dayaq olan bir mövqe, nümunəvi bir şəxsiyyət olub.
Bu əlamətdar gündə ona möhkəm cansağlığı, bitməz enerji, uzun ömür və xalqımız naminə gördüyü işlərdə yeni uğurlar arzulayırıq. Qoy atdığı hər addım ölkəmizin inkişafına, verdiyi hər qərar isə cəmiyyətimizin daha parlaq gələcəyinə xidmət etsin.
Doğum gününüz mübarək olsun, Əli müəllim. Təbrik edirəm.
Jurnalist  Şəmsiyə Kərimova

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib