Ağsu sakini vətəndaşlıqdan imtina etməklə bağlı cənab Prezidentə müraciət etdi
Ağsu rayon sakini Zaur Məmmədağa oğlu Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə,
Birinci Vitse-Prezident xanım Mehriban Əliyevaya,
DTX-nin rəisi cənab Əli Nağıyevə,
Baş Prokuror cənab Kamran Əliyevə,
Dövlət Miqrasiya Xidmətinin rəisi cənab Vüsal Hüseynova
Və digər dövlət qurumlarına müraciət edib
MÜRACİƏT
Müzəffər Prezidentim !
Bütün seçkilərdə Sizə səs vermis, Sizin daxili və xarici siyasətinizi dəstəkləyən vətəndaş olaraq Azərbaycan Respublikası vətəndaşlığından ÇIXMA Qaydalarına uyğun olaraq bəyan edirəm:
Zəruri olan sənədləri təqdim etməyə hazıram.
1. Heç bir kredit öhdəliyim yoxdur,
2. Dövlət qarşısında vergi öhdəliyim yoxdur,
3. Aliment öhdəliyim yoxdur, çünki ailəli deyiləm,
4. Mənzil kommunal xidmətlərinə görə və qaz, işıq, su borcum yoxdur
5. Telefon danışıqlarına görə borcum yoxdur
6.Dövlət rüsumunu ( 200 manat) ödəməyə hazıram.
Cənab Prezidentim !
Rəsmi Qaydaya görə, Vətəndaşlıqdan çıxma SƏBƏBİNİ göstərməliyəm.
Mən Sizin imzaladığınız “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun qanunsuz əməlləri barədə Sizə, Birinci Vitse-Prezidentə və digər dövlət qurumlarına neçə ildir ünvanladığım 100-dən artıq müraciətə ( şikayət məktubları, teleqramlar, media vasitəsilə müraciətlər və s ) cavab verilmir.
Və mənim vətəndaş hüquqlarım pozulur.
Məhz buna görə də Azərbaycan Respublikasının vətəndaşlığından imtina etmək qərarına gəlmişəm.
Hörmətli Prezidentim !
Rica edirəm bu məsələdə mənə kömək edəsiniz və müvafiq dövlət qurumlarına göstəriş verin mənə dəstək olsunlar.
Əvvəlcədən Sizə təşəkkür edirəm.
Hörmətlə, Zaur Məmmədov
03 yanvar 2026-cı il