Dərc edilib: 04-01-2026

https://www.nuh.az/43920-.html

Prezidentin KOKAİN istehsal edən fabrikləri var

04.01.2026 00:55:41

LIVE

“Kolumbiya Prezidenti Qustavo Petronun kokain istehsal edən fabrikləri var”.

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp keçirdiyi mətbuat konfransında deyib.

“O, kokain istehsal edir və onu ABŞ-yə göndərir. O, diqqətli olmalıdır”, - deyə o bildirib.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 02:00 radələrində Venesuelanın paytaxtı Karakasda partlayış və təyyarə səsləri eşidilib. Partlayışlardan sonra Venesuela hökuməti ABŞ-ni ölkənin müxtəlif mülki və hərbi obyektlərinə hücum etməkdə ittiham edib.

ABŞ Prezidenti Donald Tramp isə Venesuela Prezidenti Nikolas Maduroya qarşı genişmiqyaslı əməliyyatın başladığını və Maduro ilə həyat yoldaşının ölkədən təxliyə edildiyini açıqlayıb.

ABŞ-nin baş prokuroru Pam Bondi isə bildirib ki, Maduro və həyat yoldaşı Siliya Flores ABŞ-də ittiham olunublar. Maduroya qarşı “narkoterrorizm, kokain qaçaqmalçılığı və ABŞ-yə qarşı pulemyot və təxribat qurğuları saxlamaq” ittihamları irəli sürülüb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib