Dərc edilib: 04-01-2026

https://www.nuh.az/43922-.html

Venesuelanın idarəçiliyi ona tapşırıldı

04.01.2026 11:52:55

LIVE

Venesuela Ali Məhkəməsi vitse-prezident Delsi Rodrigesi dövlət başçısı vəzifəsini müvəqqəti icra edən təyin edib.

Qaynarinfo-nun məlumatına görə, bu barədə yerli "Venezolana de Television" telekanalında hakim Tania Damelio bildirib.
Onun sözlərinə görə, Venesuela Ali Məhkəməsi ölkənin icraçı vitse-prezidenti Delsi Rodrigesə Venesuela Konstitusiyasına və qanunlarına ciddi şəkildə uyğun olaraq dərhal respublika prezidentinin səlahiyyətlərini yerinə yetirməyi tapşırıb.
Hakim izah edib ki, bu qərar Ali Məhkəmənin Konstitusiya Palatası tərəfindən 2026-cı il yanvarın 3-də baş vermiş xarici hərbi təcavüz və Venesuelanın konstitusiya prezidenti Nikolas Maduronun oğurlanması ilə əlaqədar verilib

NUH informasiya agentliyi səhifəsindən çap edilib