Dərc edilib: 04-01-2026

https://www.nuh.az/43927-.html

Güclü yaddaş üçün banan yeyin

04.01.2026 22:54:53

LIVE

Alimlər bananın tərkibində beynin sağlamlığına müsbət təsir göstərən maddələr olduğunu müəyyən ediblər.

Araşdırmalara görə, bananda olan kalium beynin oksigenlə təmin olunmasını yaxşılaşdırır, B qrupu vitaminləri, xüsusilə B6 vitamini yaddaş və diqqət qabiliyyətini dəstəkləyir. Maqnezium isə yaş artdıqca baş verən koqnitiv zəifləməni ləngidir.

Mütəxəssislər bildirirlər ki, bu maddələr uşaqlarda beynin inkişafına kömək edir, yaşlı insanlarda isə demensiya riskinin azalmasına töhfə verir.

Araşdırmanın nəticələrinə əsasən, bananın müntəzəm şəkildə qida rasionuna daxil edilməsi beynin sağlamlığı üçün istənilən yaş dövründə faydalıdır. (Axşam.az)

NUH informasiya agentliyi səhifəsindən çap edilib