Dərc edilib: 06-01-2026

https://www.nuh.az/43942-.html

QALXDI bütün QƏZETLƏR qiymətdə, ay can, ay can!..

06.01.2026 11:08:28

LIVE

Azərbaycanda bir sıra qəzetlər bahalaşıb.


NUH.az    “Trend”ə istinadən xəbər verir ki, artımlar yanvarın 5-dən başlayaraq tətbiq edilir.

Belə ki, hazırda “525-ci qəzet” 40 qəpik artırılaraq 1 manata, “Bakı Xəbər” 40 qəpik artırılaraq 60 qəpiyə, “Novoye Vremya” 60 qəpik artırılaraq 70 qəpiyə, “Səs” 60 qəpik artırılaraq 1 manata satılır.

60 qəpiklik krosvord qəzetlərinin də qiyməti 10 qəpik artırılıb.

Xatırladaq ki, Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən qəzetlərin həftədə 1 nömrəsinin çapına maliyyə yardımı göstərilir və bu məqsədlə onlara aylıq 5 min manat vəsait ödənilir, qəzetin eyniadlı veb-saytına isə aylıq 3 min manat (əsaslı yenilənmə niyyəti ifadə edilibsə, ilk ay 5 min manat olmaqla) maliyyə yardımı göstərilir.

MEDİA-nın əvvəlki müsabiqələrində isə həftədə 1 nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 5 min manat, həftədə 5 nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 15 min manat, qəzetin eyniadlı veb-saytına isə aylıq 3 min manat (əsaslı yenilənmə niyyəti ifadə edilibsə, ilk ay 5 min manat olmaqla) məbləğində maliyyə yardımı göstərilirdi.

NUH informasiya agentliyi səhifəsindən çap edilib