Dərc edilib: 07-01-2026

https://www.nuh.az/43948-.html

Mərkəzi Bankın yeni 37 MƏRTƏBƏLİ binasının tikintisinə nə qədər pul xərclənib?

07.01.2026 13:51:02

LIVE

Azərbaycan Mərkəzi Bankının (AMB) yeni inzibati binasında tikinti-quraşdırma işləri başa çatıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq AMB-dən bildirilib.
Bildirilib ki, qurumun binada fəaliyyətə başlaması tarixinə dair ətraflı məlumat veriləcək.
Xatırladaq ki, AMB-nin 37 mərtəbədən ibarət yeni inzibati binanın sahəsi 68 min kv.metr, hündürlüyü isə 168 metrdir. Binanın detallı layihələndirməsi və tikintisi üçün tender 2020-ci ildə elan edib. 2021-ci ildə isə Türkiyənin "Tekfen İnşaat və Təsisat" şirkəti tenderin qalibi olub və onunla 218 milyon avro dəyərində müqavilə imzalanıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib