Şəhriyarla Teymur şahmatdan milyonlar qazanıb - MƏBLƏĞ
Şahmat tarixində ən çox mükafat qazanan şahmatçıların siyahısı açıqlanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Chess.com portalı məlumat yayıb.
Siyahıya azərbaycanlı qrossmeysterlər də düşüb. Şəhriyar Məmmədyarov 1 milyon 781 min 988 dollar (2025-ci ildə 38 639), Teymur Rəcəbov isə 1 milyon 117 min 290 dollar (2025-ci ildə 6 275) mükafat qazanıb.
Siyahıya Maqnus Karlsen başçılıq edir. Norveçli qrossmeyster indiyədək 12 milyon 232 min 249 dollar (2025-ci ildə 1 milyon 455 min 276) mükafat əldə edib.
İkinci yerdə 9 milyon 551 min 844 dollarla Anand Vişvanatan, üçüncü pillədə isə 8 milyon 45 min 979 dollarla Qarri Kasparov qərarlaşıb.