Dərc edilib: 08-01-2026

https://www.nuh.az/43957-.html

Elnarə Abdullayeva qayınanasıyla bağlı elə sözlər dedi ki...

08.01.2026 13:38:25

Müsahibə

"O, qayınana deyildi, mənə bir ana idi".
Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist, xanəndə Elnarə Abdullayeva mərhum qayınanasından danışarkən deyib. 
Müğənni qayınanasının 86 yaşında dünyasını dəyişdiyini bildirib:
"Bakıda yaşayırdı. Özünün evi var idi, amma demək olar ki, bir yerdə olurduq. Nə qayınana? Biz onunla dost idik, dərdimizi bölüşərdik, müzakirə edib qərarlar verərdik. Bütün halda son söz böyük olaraq ona məxsus idi. Dünyada ideal insan yoxdur, amma deyərdim ki, onun əvəzi yox idi".
Elnarə Abdullayeva qayınanasının musiqini çox sevdiyini vurğulayıb:
"Oturub-durub deyərdi ki, "A bala, Allah səni mənə çox görməsin”. Məndən çox razı idi. Adam var ki, yaxını dünyasını dəyişəndə məcburiyyətdən yaxşı sözlər deyir. Amma mən düzünü deyirəm, qayınanam çox bərəkətli, ruzili qadın idi. Əlində bərəkət vardı. Təmizlikdə tayı-bərabəri yox idi, ona çatan ikinci bir şəxs ola bilməzdi. Azərbaycanda belə bir adam tanımıram, paltarları xətkeş kimi olurdu, ütüsüz paltar geyinməzdi. Səliqəsinə söz ola bilməzdi. Onun yatağını kimsə dağıtsaydı, ikinci dəfə onun kimi yığa bilməzdi. Allah qayınanama rəhmət eləsin. Mən bir gəlin kimi ondan razıyam”.
Qeyd edək ki, Əməkdar artist Elnarə Abdullayevanın qayınanası dünyasını dəyişib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib