Dərc edilib: 09-01-2026

https://www.nuh.az/43962-.html

Sumqayıtda zavodda partlayış oldu, yaralanan var

09.01.2026 12:00:49

LIVE

Sumqayıt şəhərində zavodda partlayış baş verib.


NUH.az     "Report"a istinadən xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində yerləşən zavodların birində qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakini, 1994-cü il təvəllüdlü Elməddin Səxavət oğlu Qurbanov operator işlədiyi zavodda borunun partlaması nəticəsində termiki yanıq xəsarətləri alıb.
Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib