Dərc edilib: 09-01-2026

https://www.nuh.az/43968-.html

Tehranda XAOS: Etirazçılar 25 məscidi YANDIRDI

09.01.2026 19:12:44

LIVE

İran paytaxtında baş verən kütləvi iğtişaşlar şəhər infrastrukturunun əhəmiyyətli dərəcədə dağılmasına səbəb olub.

Musavat.com xəbər verir ki, bunu Tehran meri Əlirza Zəkani bildirib.

"Bir xəstəxana zərər görüb, iki tibb mərkəzi və 26 bank talan edilib, 25 məscid yandırılıb, hüquq-mühafizə orqanlarının postlarına və Bəsic qərargahına hücum edilib", - o, İranın dövlət televiziyasında bildirib.

Zəkani əlavə edib ki, paytaxtın təcili yardım xidmətləri dağıntıların nəticələrini aradan qaldırır.

Onun sözlərinə görə, etirazçılar 10 dövlət qurumuna, 48 yanğınsöndürmə maşınına, 42 avtobusa və təcili yardım maşınına, eləcə də 24 mənzilə zərər vurublar.

NUH informasiya agentliyi səhifəsindən çap edilib