73 yaşlı Əli Abbasov bu sahədə çalışacaq
Keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun baş direktoru vəzifəsindən azad edilib.
Qaynarinfo-nun məlumatına görə, Əli Abbasov İdarəetmə Sistemləri İnstitutu ilə Riyaziyyat və Mexanika İnstitutu ləğv edilərək, onların bazasında yaradılan vahid Riyaziyyat İnstitutunda heç bir rəhbər vəzifəyə təyin olunmayıb.
O, bir həftədir vəzifəsiz qalsa da, İdarəetmə Sistemləri İnstitutuna gedib-gəlir.
Əldə etdiyimiz məlumata görə, qarşıdakı günlərdə akademik Əli Abbasov süni intellektin nəzəri və tətbiqi sahəsində yaradılacaq vəzifədə fəaliyyət başlayacaq.
Qeyd edək ki, bu ilin yanvar ayının 1-dən sabiq təhsil naziri Misir Mərdanov Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifəsini itirib.
Onu da qeyd edək ki, Əli Abbasovun 1953-cü ildə dünyaya gəlib və 73 yaşı var.