Dərc edilib: 10-01-2026

https://www.nuh.az/43980-.html

Tehranda 10 dövlət idarəsi, 24 yaşayış binası yandırıldı –Tehran meri

10.01.2026 21:38:42

LIVE

Tehranda etiraz aksiyalarında iştirak edənlər 10 dövlət idarəsini və 24 yaşayış binasını yandırıblar.

AzPost bildirir ki, bu barədə Tehran meri Əlirza Zakani İRİB-ə müsahibəsində deyib.

O baş verənləri “terror aktı” adlandırıb. Merin sözlərinə görə, iğtişaşda iştirak edənlər gecə 42 avtobusu, təcili yardım maşınlarını yandırıblar: “2 tibb mərkəzinə, 26 banka, 25 məscidə, “Bəsic” bazalarına və hüquq-mühafizə orqanlarına hücum ediblər”.

Bundan başqa etirazçılar 42 avtobusu, habelə təcili yardım maşınlarını, 10 dövlət idarəsini və 24 yaşayış binasını, 48 yanğınsöndürmə maşınını yandırıblar.  

NUH informasiya agentliyi səhifəsindən çap edilib