Azərbaycanda 14 gün İŞ OLMAYACAQ
Azərbaycanda 2026-cı ilin istehsalat təqviminə əsasən, mayda iki tarixi gün və bir bayrama görə qeyri-iş günləri olacaq.
9 May - Faşizm üzərində Qələbə Günü, 28 May- Müstəqillik Günüdür. Həmçinin Azərbaycanda rəsmi olaraq Qurban bayramı 27, 28 may tarixlərində olacaq.
Belə ki, 9 May - Faşizm üzərində Qələbə Günü həftənin şənbə gününə təsadüf etdiyindən 11 may tarixi də qeyri-iş günü olacaq.
27, 28 may tarixləri isə həm Qurban bayramına, həm də Müstəqillik Gününə təsadüf edir. Bu tarixlər müvafiq olaraq çərşənbə və çərşənbə axşamına təsadüf edir. Bayramlar üst-üstə düşdüyündən 29 may tarixində də qeyri-iş günü gözlənilir.
Bayramlara görə, mayda 9, 11, 27, 28, 29 qeyri-iş günləridir. Şənbə və bazar da daxil olmaqla, 14 gün iş olmayacaq. (Metbuat.az)