Dərc edilib: 12-01-2026

https://www.nuh.az/43995-.html

Azərbaycan, HAZIR OL ! - Amerikadan ŞOK XƏBƏRDARLIQ gəldi

12.01.2026 11:56:54

LIVE

Azərbaycan bayrağı fonunda cəmi iki söz – “Be prepared” (Hazır olun). Bu qısa, amma son dərəcə sarsıdıcı mesaj ABŞ-da diqqətlə izlənilən analitik, təhlükəsizlik strateqi Lyuk Koffi tərəfindən X (Twitter) platformasında paylaşılıb və dərhal ciddi müzakirələrə səbəb olub.

Musavat.com xəbər verir ki, ABŞ siyasi dairələrinə yaxınlığı ilə tanınan Koffinin bu paylaşımı təsadüfi status deyil, geosiyasi mesaj, hətta bir növ xəbərdarlıq siqnalı kimi dəyərləndirilir.


Lyuk Koffi kimdir və niyə dedikləri bu qədər önəmlidir?

Lyuk Koffi ABŞ-ın nüfuzlu beyin mərkəzlərindən biri olan Hudson Institute-un aparıcı tədqiqatçısıdır. O, Avropa, Avrasiya, NATO və transatlantik təhlükəsizlik məsələləri üzrə Vaşinqtonda ciddi təsir imkanlarına malik analitiklərdən sayılır.
Koffi uzun illər ABŞ-da strateji düşüncə mərkəzlərində çalışıb, NATO xətti üzrə təhlükəsizlik planlamalarında iştirak edib və ABŞ xarici siyasətinin ideoloji konturlarının formalaşmasında rol oynayan fiqurlardan biri kimi tanınır. Onun açıqlamaları bir çox hallarda Vaşinqtondakı real siyasi proseslərin öncədən siqnalı hesab olunur.

Azərbaycan bayrağı + “Hazır olun”: Təsadüfdür, yoxsa planlı mesaj?

Əsas diqqətçəkən məqam budur: Lyuk Koffi “Hazır olun” mesajını məhz Azərbaycan bayrağı ilə birlikdə paylaşıb.

Bu isə bir sıra ciddi suallar doğurur:

ABŞ regionda yeni mərhələyə hazırlaşır?
Cənubi Qafqazda strateji dəyişikliklər gözlənilir?
Azərbaycan bu prosesdə açar ölkə kimi nəzərdə tutulur?
Vaşinqton Bakı ilə bağlı öncədən mesaj verir?

ABŞ prezidenti Donald Tramp Tehranın nüvə proqramını müzakirə etmək üçün İran nümayəndələri ilə görüşə qapı açıb.
Musavat.com xəbər verir ki, Tramp 10 yanvarda "İran rəhbərliyinin" nümayəndələrinin ona zəng etdiklərini deyib: "Görüşdən əvvəl hərəkətə keçməli ola bilərik. Görüş təşkil olunur. İran zəng edib. Onlar danışıqlar aparmaq istəyirlər".
Reuters agentliyinin məlumatına görə, müzakirə Tehranın nüvə proqramı ilə bağlı danışıqlarla bağlı olub. Agentliyin məlumatına görə, eyni zamanda Tramp Vaşinqtonun İrandakı müxalifət qüvvələri ilə əlaqə saxladığını da bildirib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib