Dərc edilib: 24-01-2026

https://www.nuh.az/44017-.html

OĞLU Fəzail Ağamalını məhkəməyə verdi

24.01.2026 16:15:25

İdman

Ana Vətən Partiyasının (AVP) bir qrup üzvü sədr Fəzail Ağamalını məhkəməyə verib.
Bu barədə Qaynarinfo-ya açıqlamasında partiya sədrinin müavini Elçin Ağamalı bildirib.
Onun sözlərinə görə, işə Nərimanov Rayon Məhkəməsində baxılacaq:
"Həmin şəxslərin sonuncu qurultayda hüquqları pozulub və onun bərpası üçün müraciət ediblər. Qurultayda mənim namizədliyimi dəstəkləyən rayon və şəhər təşkilatlarının sədrlərinin bəziləri əsassız iddialarla və heç bir səbəb göstərilmədən partiya sıralarından və tutduğu vəzifələrindən xaric olunublar. Rayon və şəhər təşkilatlarının sədrləri qurultaydan sonra qəbul edilmiş bir sıra qərarların ləğv olunmasını tələb edir".
Partiyanın sədr müavini onların müdafiəsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.
Qeyd edək ki, Elçin Ağamalı bundan əvvəl Fəzail Ağamalının gizli şçəkildə qurultay keçirdiyini açıqlayıb.
Bir müddət bundan əvvəl Ana Vətən Partiyası növbəti qurultayını keçirmişdi. Partiyanın sədr müavini Elçin Ağamalı ilə atası arasında gərgin mübahisə yaşandığından Fəzail Ağamalı istefa vermədiyini bəyan edərək qurultayın təxirə salındığını bildirmişdi. Elçin Ağamalı partiyaya ğzünün rəhbərlik etməsini, Fəzail Ağamalı isə qızı, deputat Günay Ağamalının sədr seçilməsini istəyir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib