Mikayıl İsmayılovun icarəyə vediyi Ağsu Tədris Mərkəzində nələr baş verir ...
Binəqədi rayonu, Sulutəpə qəsəbəsi , Elçin Əzizov küçəsində yaşayan Elşad Camboba oğlu Qəmbərov tərəfindən
MÜRACİƏT
Mən Sulutəpə qəsəbəsində olan, mənə məxsus Sulutəpə Hazılıq Kursunun binasını Ağsu rayonu, Garsulu kənd sakini Mizəxanov Güvənc Məhəmməd Murad oğluna icarəyə vermişəm.
Güvənc müəllim mənə dedi ki, buxqalteri-müsahibi olan İsmayıl adlı şəxslə işləyəcəyəm. Mən də razılaşdım.
VÖİN-im də Güvənc müəllimin qardaşının həyat yoldaşı Könül Bəymuradovanın adına açdılar.
Lakin mənə məxsus olan Sulutəpə Hazırlıq Kusunun ÇIXARIŞI olmadığı üçün NOTARİUSDA İCARƏ MÜQAVİLƏSİ bağlaya bilmədik.
Güvənc müəllim mənə dedi ki, 2 ay yarım periyod vermişəm və arenda almamışam. Ondan sonra dedi ki, buxqalteri İsmayıl vasitəsilə hər ay sənə 2000 manat icarə pulu verəcəm. Amma Güvənc müəllim vədlərinə əməl etmədi.
Hazırda kursda 15 müəllimin əmək haqqından verlməyən pullar qalıb. Vergi Xidmətinə 4500 manat borc qalıb. İcarənin pulundan 3 ay, yəni 6000 manat borc qalıb. Müəllimlərə isə umumilikdə 5629 manat əmək haqqı borcu qalıb. Güvənc müəllim deyir k, hara istəyirsiniz şikayət edin pulu verməyəcəm. Hətta son vaxtlar telefon zənglərinə də cavab vermir. Onu da qeyd edək ki, Güvənc Mirzəxanov Ağsu şəhərində yerləşən və SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılova məxsus tədris mərkəzini onun bacısının ərindən icarəyə götürərək işlədir. Ağsu Tədris Mərkəzinin müəllimləri də əmək haqlarını çətinliklə alırlar.
Müraciəti xeyli sayda müəllim imzalayıb.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
NUH.az