Dərc edilib: 25-01-2026

https://www.nuh.az/44022-.html

Mikayıl İsmayılova məxsus Ağsu Tədris Mərkəzində nələr baş verir ?

25.01.2026 13:12:09

Maraqlı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə,

Baş prokuror cənab Kamran Əliyevə,

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi cənab Orxan Nəzərliyə,

Elm və Təhsil naziri cənab Emin Əmrullayevə və digər dövlət  qurumlarına


Binəqədi  rayonu, Sulutəpə qəsəbəsi , Elçin Əzizov küçəsində yaşayan  Elşad Cambaba oğlu Qəmbərov tərəfindən

 

                                                                     MÜRACİƏT 

 

 

 

Mən Sulutəpə qəsəbəsində  mənə  məxsus olan  Sulutəpə  Hazılıq  Kursunun  binasını  Ağsu rayonu, Gursulu  kənd sakini  Mizəxanov  Güvənc  Məhəmməd  Murad  oğluna icarəyə  vermişəm.

 

Güvənc müəllim  mənə  dedi ki,  buxqalteri-müsahibi olan İsmayıl adlı şəxslə işləyəcəyəm. Mən də  razılaşdım.

 

VÖİN-imi  də  Güvənc müəllimin  qardaşının  həyat yoldaşı  Könül  Bəymuradovanın  adına açdılar.

 

Lakin mənə məxsus  olan Sulutəpə Hazırlıq Kusunun ÇIXARIŞI  olmadığı üçün NOTARİUSDA  İCARƏ MÜQAVİLƏSİ bağlaya bilmədik.

 

Güvənc müəllim  mənə dedi ki, 2 ay yarım periyod  vermişəm və arenda almamışam. Ondan sonra  dedi ki, buxqalteri İsmayıl vasitəsilə hər ay sənə  2000 manat  icarə pulu  verəcəm. Amma Güvənc müəllim  vədlərinə əməl etmədi.

 

Hazırda kursda  15 müəllimin əmək haqqından verlməyən  pullar qalıb. Vergi Xidmətinə 4500 manat borc qalıb. İcarənin pulundan 3 ay, yəni 6000 manat borc qalıb. Müəllimlərə isə umumilikdə 5629  manat əmək haqqı  borcu qalıb. Güvənc müəllim   deyir k, hara istəyirsiniz şikayət  edin pulu verməyəcəm. Hətta son  vaxtlar  telefon zənglərinə də cavab  vermir. Onu da qeyd edim  ki,  Güvənc Mirzəxanov Ağsu şəhərində yerləşən  və  SOCAR-ın  sabiq vitse-prezidenti  Mikayıl İsmayılova məxsus tədris mərkəzini onun  bacısının  ərindən icarəyə  götürərək işlədir. Ağsu Tədris  Mərkəzinin  müəllimləri də əmək haqlarını çətinliklə alırlar.

Güvənc müəllim Mikayıl İsmayılova  arxayındır, mən isə Azərbaycan  Respublikasının Qanunlarına inanıram.

Cənablar !

Sizdən  xahiş edirəm mənim və müəllimlərin hüquqlarını qoruyasınız.

Redaksiyamıza  daxil olan Müraciəti  xeyli sayda  müəllim  imzalayıb.

 

NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib