Dərc edilib: 25-01-2026

https://www.nuh.az/44025-.html

Gürcüstan təcrid olunur – Sabiq baş nazir Bakını və İrəvanı təbrik etdi, hakimiyyəti isə...

25.01.2026 20:18:33

LIVE

Gürcüstanın sabiq baş naziri, “Gürcüstan naminə” müxalifət partiyasının lideri Georgi Qaxariya Azərbaycan və Ermənistanı sülh prosesində atılan son addımlar münasibətilə təbrik edib.

Musavat.com xəbər verir ki, Qaxariya bu barədə “X” sosial şəbəkəsində paylaşım edərək regionda baş verən proseslər fonunda Gürcüstanın təhlükəli şəkildə təcrid olunduğunu bildirib.


16092384584514430507_1200x630.jpg (229 KB)

Georgi Qaxariya qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan “tarixi sülhə aparan mühüm addım” atıblar və bu proses ABŞ prezidenti Donald Trampın liderliyi, fəal iştirakı sayəsində mümkün olub.

Onun sözlərinə görə, ABŞ-nin Cənubi Qafqazda iştirakı regionda sülh, təhlükəsizlik və rifah üçün həlledici rol oynayır.

Qaxariya vurğulayıb ki, region ölkələri yeni qlobal düzəndə öz milli maraqlarını irəli apararkən, Gürcüstan strateji əhəmiyyətini sürətlə itirir və getdikcə beynəlxalq təcridə məruz qalır. O, bunun əsas səbəbi kimi hakim “Gürcü Arzusu” partiyasının qeyri-peşəkar idarəçiliyini göstərib.

“Gürcüstanı yenidən regional və beynəlxalq gündəmə qaytarmaq üçün qonşularımız və strateji tərəfdaşlarımızla sıx əməkdaşlıq etməliyik”, - deyə Georgi Qaxariya bəyan edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib