Dərc edilib: 27-01-2026

https://www.nuh.az/44034-.html

Bu gündən məktəblərin qış tətili başlayır

27.01.2026 11:22:04

Cəmiyyət

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində qış tətili başlayıb. 

Qaynarinfo xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2025–2026-cı tədris ili üzrə tətil yanvarın 27-31-i tarixlərini əhatə edəcək.
Belə ki, 5 gün davam edəcək tətil məktəbəhazırlıq qruplarına da şamil edilir.
Tətildən sonra beşgünlük və altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ilk dərs günü fevralın 2-sidir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib