Dərc edilib: 28-01-2026

https://www.nuh.az/44045-.html

Azərbaycan və Ermənistanın Almaniyadakı səfirləri görüşdü

28.01.2026 12:00:55

LIVE

Azərbaycan və Ermənistanın Almaniyadakı səfirləri Nəsimi Ağayevlə Viktor Yengibaryan Almaniyanın xarici işlər naziri Yohann Vadeful və Bundestaqın Xarici Siyasət Komitəsinin sədri Armin Laşet ilə görüş keçiriblər.

“Qafqazinfo” “News.am”a istinadən xəbər verir ki, görüş zamanı Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub.

Tərəflər cari regional proseslər, həmçinin regionda sabitlik və təhlükəsizlik perspektivləri barədə fikir mübadiləsi aparıblar.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib