Dərc edilib: 28-01-2026

https://www.nuh.az/44054-.html

Prezident Azərbaycan və Gürcüstan DİN-ləri arasındakı sazişi - Təsdiqlədi

28.01.2026 21:14:22

Siyasət

2025-ci il noyabrın 21-də Tbilisi şəhərində imzalanmış “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Gürcüstanın Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Gürcüstan Hökumətinə bildiriş göndərməlidir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib