Dərc edilib: 29-01-2026

https://www.nuh.az/44059-.html

Vətən müharibəsi iştirakçısı DƏM QAZINDAN ÖLDÜ (FOTO)

29.01.2026 16:29:23

Cəmiyyət

Ötən gün 26 yaşlı İmişli rayon sakini Məmiyev Ramazan Rafiq oğlu dəm qazından boğulub. 
NUH.az   "Unikal"a istinadən xəbər verir ki, hadisə onun Bakı şəhərində kirayə qaldığı evdə baş verib.
Məlumata görə, o Vətən müharibəsi iştirakçısı olub və bir sıra medallarla təltif edilib. Mərhum Qazaxıstanda çalışırmış və bir müddət öncə Azərbaycana sənədlərini düzəltdirmək üçün gəlibmiş. 
R. Məmiyev İmişli rayonunda dəfn olunacaq. 
Faktla bağlı araşdırma aparılır.
Dəm qazından ölən gənc Vətən müharibəsi iştirakçısı imiş (FOTO)

NUH informasiya agentliyi səhifəsindən çap edilib