Dərc edilib: 02-02-2026

https://www.nuh.az/44077-.html

Baş Prokurorluqda yeni təyinat

02.02.2026 12:15:19

LIVE

Baş Prokurorluğun İstintaq İdarəsinin rəisinə yeni müavin təyin edilib.

Bununla bağlı baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, ədliyyə müşaviri Anar Mirkişiyev İstintaq İdarəsinin rəisi Nemət Əvəzovun müavini vəzifəsinə təsdiqlənib.

Qeyd edək ki, A.Mirkişiyevin indi təyin edildiyi vəzifəni daha əvvəl Qasım Məmmədov tutub. Q. Məmmədov ötən ilin sentyabr ayından respublika hərbi prokurorunun müavinidir./Qafqazinfo

NUH informasiya agentliyi səhifəsindən çap edilib