Dərc edilib: 04-02-2026

https://www.nuh.az/44101-.html

Azərbaycanın ən hündür binası olacaq - FOTO

04.02.2026 18:49:16

Günün sitatı

"Sea Breeze" kurort şəhərciyində Azərbaycanın ən hündür binası hesab olunan Cipriani Tower inşa olunacaq.

Yeni qüllə Xəzər dənizi sahilindəki "Halfmoon" adasında yerləşəcək.

Bu bina 323 metr hündürlüyü ilə Azərbaycanın ən hündür binası olacaq. Binanın layihəsi dünyaca məşhur memar Shaun Killa tərəfindən hazırlanıb.

Qeyd edək ki, hazırda Azərbaycanda ən hündür bina Bakı şəhəri, Heydər Əliyev prospekti 109 ünvanında inşa edilən 52 mərtəbəli binadır. Sözügedən bina inşa edildikdən sonra "Flame Towers" (33 mərtəbə) qülləsini geridə qoyaraq Azərbaycanın ən hündür göydələni olmuşdu.

 

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib