Dərc edilib: 06-02-2026

https://www.nuh.az/44115-.html

Millimiz Gürcüstana 0:6 uduzdu

06.02.2026 18:34:01

Region

Gürcüstanda təlim-məşq toplanışında olan 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununu keçirib.

“Qafqazinfo” AFFA-nın saytına istinadən xəbər verir ki, millimiz Tbilisidə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, komandalar arasında ikinci yoxlama oyunu fevralın 9-da keçiriləcək.

NUH informasiya agentliyi səhifəsindən çap edilib