Dərc edilib: 07-02-2026

https://www.nuh.az/44123-.html

Papa dəvət etdi - Şeyx Vatikana gedir

07.02.2026 13:28:25

İdman

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə fevralın 8-də Vatikana səfərə yola düşür.

“Qafqazinfo” xəbər verir ki, bu barədə QMİ-nin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, səfər Müqəddəs Taxt-Tacın və Katolik Kilsəsinin başçısı Zati-müqəddəsləri Roma Papası XIV Leonun şəxsi dəvəti ilə baş tutur. Şeyxülislam A. Paşazadə fevralın 9-da Pontifikin audiensiyasında olacaq.

Səfər müddətində Azərbaycandakı dini konfessiya rəhbərlərinin Vatikanın dövlət katibi Kardinal Pyetro Parolin və digər Vatikan rəsmiləri ilə ikitərəfli görüşləri nəzərdə tutulur.

NUH informasiya agentliyi səhifəsindən çap edilib