Dərc edilib: 09-02-2026

https://www.nuh.az/44132-.html

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)

09.02.2026 12:15:52

Siyasət

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Qaynarinfo xəbər verir ki, nümayəndə heyətinə Palatanın Yaxın Şərq, Mərkəzi Asiya və Türkiyə üzrə vitse-prezidenti Cennifer Miel, həmçinin "Apple", "Ardea Energy Technologies Inc.", "Ericsson AB", "ExxonMobil", "Herbalife", "Illumina", "Meta", "Visa", "Wabtec", "Baker Hughes", bp, "Boeing Global", "Honeywell", "J.P. Morgan", "Lummus Technology", "Marriott", "Mastercard", "Shell International", "Azerbaijan Coca-Cola Bottlers" MMC və "Motorola Solutions" şirkətlərinin rəhbər şəxsləri daxildir.
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)

NUH informasiya agentliyi səhifəsindən çap edilib