Dərc edilib: 10-02-2026

https://www.nuh.az/44139-.html

Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı

10.02.2026 00:27:35

LIVE

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) "Hürriyyət" qəzeti və "Hürriyyət TV"də keçirdiyi əməliyyat zamanı saxlanılan baş redaktor Vüqar Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.


NUH.az   APA-ya istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində keçirilən prosesdə bununla bağlı qərar elan olunub.

Qərara əsasən, Vüqar Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti dörd ay uzadılıb.

Qeyd edək ki, Vüqar Məmmədov ötən ilin oktyabrın 30-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) "Hürriyyət" qəzeti və "Hürriyyət TV"də keçirdiyi əməliyyat nəticəsində saxlanılmışdı.

NUH informasiya agentliyi səhifəsindən çap edilib