Dərc edilib: 11-02-2026

https://www.nuh.az/44149-.html

Hərbçimiz dəm qazından zəhərlənərək öldü

11.02.2026 20:57:04

LIVE

Beyləqan rayonunda hərbi qulluqçu dəm qazından zəhərlənərək həyatını itirib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1996-cı il təvəllüdlü Qərib Qəribov Beyləqan şəhəri ərazisində kirayə götürdüyü yaşayış evində İran sobasının nasazlığı nəticəsində yaranan dəm qazından zəhərlənərək ölüb.

Bildirilir ki, mərhum əslən Şəki rayonundandır. O, Beyləqana yeni təyinatla göndərilib və müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) kimi xidmət göstərib.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib