Dərc edilib: 12-02-2026

https://www.nuh.az/44156-.html

DTX onları axtarışa verib - RƏSMİ

12.02.2026 15:03:57

LIVE

Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli, Rüstəm İbrahimbəyov, Fuad Qəhrəmanlı, Qənimət Zayıdov, İbrahim Məmməd və Eldar Əmirov xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq edərək hakimiyyəti zorla ələ keçirməyə cəhd göstərməkdə ittiham olunurlar.

Musavat.com xəbər verir ki, bu barədə DTX məlumat yayıb. 

İttiham olunanlardan 3-ü Dövlət Təhlükəsizlik Xidməti tərəfindən axtarışa verilib.

"Abbas Abbasov, Fuad Qəhrəmanlı və Qənimət Zayıdov Azərbaycan Respublikası ərazisindən kənarda olduqları və istintaqdan gizləndikləri üçün barələrində axtarış elan edilməklə, məhkəmə tərəfindən qiyabi həbs qətimkan tədbiri seçilib". - deyə açıqlamada deyilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib