Dərc edilib: 15-02-2026

https://www.nuh.az/44166-.html

Güllələnən müəllimin vəziyyəti necədir ?

15.02.2026 11:53:01

Region

“İdrak” liseyində baş vermiş insident nəticəsində şagirdi tərəfindən güllələnən riyaziyyat müəllimi Şəhla Kamilovanın vəziyyəti açıqlanıb.

Kliniki Tibbi Mərkəzdən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, onun müalicəsi hazırda davam etdirilir:

“1997-ci il təvəllüdlü şəxsin (qadın) müalicəsi Kliniki Tibbi Mərkəzin Neyrocərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir”.

Xatırladaq ki, fevralın 6-da Bakıdakı “İdrak” liseyində 10-cu sinif şagirdi Ə.Ş. atasının ov silahı ilə öz riyaziyyat müəllimi Şəhla Kamilovanı güllələyib. Faktla bağlı cinayət işi açılıb. Hadisəni törətməkdə şübhəli bilinən şagird həbs olunub. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib