Dərc edilib: 16-02-2026

https://www.nuh.az/44168-.html

İlham Əliyev Litva Prezidentini təbrik etdi

16.02.2026 11:22:45

Siyasət

Prezident İlham Əliyev Litva Respublikasının Prezidenti Gitanas Nausedaya məktub ünvanlayıb.
Qaynarinfo xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Litva Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan ilə Litvanı dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, xoş ənənələrə malik ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimiz bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Litva xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

NUH informasiya agentliyi səhifəsindən çap edilib