Dərc edilib: 22-02-2026

https://www.nuh.az/44193-.html

Ukraynadan böyük ƏKS-HÜCUM: 8 məntəqə AZAD EDİLDİ

22.02.2026 19:01:18

Region

Ukrayna Silahlı Qüvvələrinin Desant-Hücum Qoşunları (DHQ) Dnepropetrovsk, Donetsk və Zaporojye vilayətlərinin qovşağında əməliyyatlarını davam etdirir.

Musavat.com xəbər verir ki, Ukrayna mediasının komandanlığa istinadən verdiyi məlumata görə, qoşunlar 8 yaşayış məntəqəsini Rusiya təxribat və kəşfiyyat qruplarından “təmizləməyi” bacarıb.

Komandanlığın açıqlamasına görə, missiyanın əsas məqsədi Zaporojye və Dnepropetrovsk vilayətlərində rus qüvvələrinin irəliləyişinin qarşısını almaq və onları Dnepropetrovsk vilayətinin inzibati sərhədlərindən geri itələməkdir.

Bəyanatda vurğulanır ki, Ukrayna paraşütçüləri Rusiya hücumlarını dəf edir.

Oleksandrivsk sektorundakı vəziyyət “çox dinamikdir”. Rusiya qoşunlarının müqavimətinə baxmayaraq, DHQ bölmələri əraziləri ardıcıl olaraq azad edir.

Cənub Müdafiə Qüvvələrinin sözçüsü bir gün əvvəl bildirib ki, Ukrayna Silahlı Qüvvələri yanvar ayının sonundan bəri Qulyay-Polye və Oleksandrivka istiqamətlərində keçirilən əks-hücumlar nəticəsində 300 kvadrat kilometrdən çox əraziyə nəzarəti bərpa edib.

Eyni zamanda, “DeepState”in həmtəsisçisi Roman Poqoreli Orexovka istiqamətində, Primorskoye və Lukyanivske ərazilərindəki “boz zonanın” da tamamilə təmizləndiyini açıqlayıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib