Təzyiqi salan təbii güc - dərman yox, banan!
Son illər ürək-damar xəstəlikləri bütün dünyada ən ciddi sağlamlıq problemlərindən biri olaraq qalır.
Musavat.com xəbər verir ki, Britaniyanın məşhur "Daily Mail" nəşrinin yazdığına görə, gündə cəmi iki orta ölçülü banan qəbul etmək ürək sağlamlığına ciddi töhfə verə bilər.
Mütəxəssislər bildirirlər ki, banan kaliumla zəngindir. Kalium sinir impulslarının ötürülməsi, əzələlərin, o cümlədən ürək əzələsinin düzgün yığılması və normal ritmin qorunması üçün həyati əhəmiyyət daşıyır. Orqanizmdə bu mineralın çatışmazlığı arterial təzyiqin yüksəlməsinə və ürəyin daha gərgin işləməsinə səbəb olur.
Kaliumun əsas üstünlüklərindən biri də artıq duzun bədəndən xaric olunmasına kömək etməsidir. O, natriumun mənfi təsirini zəiflədir və nəticədə infarkt, insult kimi ağır fəsadların riskini azaldır.
Mütəxəssislər vurğulayırlar ki, sağlam qidalanma, fiziki aktivlik və stresin azaldılması ilə yanaşı, gündəlik rasiona iki banan əlavə etmək ürəyin qorunması üçün sadə və əlçatan addımdır.