Dərc edilib: 24-02-2026

https://www.nuh.az/44212-.html

6 ayda 5 yaxın qohumunu itirən Şəmşad Ağa üçün məhkəməyə müraciət edildi

24.02.2026 17:23:03

Cəmiyyət

Hazırda həbsdə olan “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağanın bacısının dəfn mərasimində iştirak etməsi üçün məhkəməyə müraciət edilib.

Musavat.com bildirir ki, bu barədə jurnalistin vəkili Zibeydə Sadıqova məlumat verib.

Onun sözlərinə görə, bu, son 6 ay ərzində Şəmşad Ağanın beşinci yaxınıdır ki, dünyasını dəyişir:

“Dünən axşam 21:30-da məlumat aldıq ki, Şəmşad Ağanın bacısı Zəminə Ağayeva Rusiyada rəhmətə gedib. Hazırda onun cənazəsinin Bakı şəhərinə gətirilməsi prosesi başlanıb. Son 6 ay ərzində Şəmşad Ağanın 5-ci yaxınıdır ki, vəfat edib.

Xalası Rüstəmova Xanımbacı Mürsəl qızı - 15 iyun 2025-ci ildə;

Dayısı Rüstəmov Cabir Mürsəl oğlu - 30 oktyabr 2025-ci ildə;

Qardaşı qızı Ağalı Səma Cəmşid qızı - 11 oktyabr 2025-ci ildə;

Anası Ağayeva Zərifə Mürsəl qızı - 29 yanvar 2026-cı ildə;

Bacısı Ağayeva Zəminə İslam qızı - 23 fevral 2026-cı ildə”.

Xatırladaq ki, Şəmşad Ağa ötən ilin fevralında saxlanılıb. O, bir qrup şəxs halında qaçaqmalçılıq və başqa ağır cinayətlərdə ittiham olunur.

NUH informasiya agentliyi səhifəsindən çap edilib