Dərc edilib: 26-02-2026

https://www.nuh.az/44232-.html

Əliyev Ərdoğana zəng etdi

26.02.2026 22:21:47

Siyasət

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı ad günü münasibətilə təbrik edib, ona uzun ömür, cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Türkiyə Prezidenti göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirib.

Telefon danışığı əsnasında dövlət başçıları gələcək təmaslara dair fikir mübadiləsi aparıblar.

NUH informasiya agentliyi səhifəsindən çap edilib