Dərc edilib: 28-02-2026

https://www.nuh.az/44240-.html

İsraillə ABŞ İrana zərbə endirdi

28.02.2026 14:54:08

LIVE

İsrail İrana qabaqlayıcı zərbə endirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı İsrailin Xarici İşlər Nazirliyi açıqlayıb. 

Bildirilib ki, Müdafiə Nazirliyi bütün ölkə boyu fövqəladə vəziyyət rejimi elan edib.

“İsrail Dövləti ölkəyə qarşı təhlükəni aradan qaldırmaq məqsədilə İrana qarşı preventiv zərbə endirib. Müdafiə naziri İsrael Kats xüsusi Fərman imzalayıb və həmin Fərmana əsasən İsrail Dövlətinin bütün ərazisində fövqəladə vəziyyət rejimi tətbiq olunur”, - məlumatda vurğulanıb.

***

“New York Times” rəsmi mənbələrə istinadən İrana hücumda ABŞ-nin də iştirak etdiyini yazıb.

***

“Fars” agentliyinin məlumatına görə, Tehranla yanaşı, İsfahan, Qum, Kərəc və Kirmanşahda da partlayış səsləri eşidilib. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib