Dərc edilib: 21-03-2026

https://www.nuh.az/44284-.html

ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu

21.03.2026 22:24:40

Günün sitatı

Yaxın Şərqdə gərginlik yeni mərhələyə qədəm qoyub. İranın İsrail istiqamətində həyata keçirdiyi son raket hücumları çərçivəsində strateji əhəmiyyətli Dimona şəhəri birbaşa hədəf alınıb.

Musavat.com xəbər verir ki, yayılan videogörüntülərdə raketin şəhər ərazisinə düşmə anı aydın şəkildə əks olunub.

Zərbə nöqtəsinə yaxın məsafədə çəkilmiş kadrlarda güclü sarsıntı, toz buludunun sürətlə yüksəlməsi və ətrafda yaranan panika açıq görünür.

Xüsusi narahatlıq doğuran məqam isə Dimona şəhərinin İsrailin nüvə proqramı ilə əlaqəli əsas obyektlərindən birinə yaxın yerləşməsidir. Bu səbəbdən hücum təkcə hərbi deyil, həm də strateji və psixoloji baxımdan son dərəcə həssas qiymətləndirilir.

Məlumatlara əsasən, İranın hücumları bununla məhdudlaşmayıb. Növbəti raket dalğalarının da məhz Dimona istiqamətinə yönəldiyi bildirilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib