Dərc edilib: 24-03-2026

https://www.nuh.az/44294-.html

Səbinə Əliyeva Vardanyanla görüşdü

24.03.2026 22:10:38

İdman

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva və Milli Preventiv Mexanizm (MPQ) üzvləri Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti Saxlama Yeri və İstintaq Təcridxanasına başçəkmə həyata keçirib.

“Qafqazinfo” xəbər verir ki, başçəkmə çərçivəsində müəssisədə saxlanma şəraiti - qidalanma, ərzaq təminatı, tibbi yardım, gəzinti,  görüş, telefon danışığı  ilə bağlı hüquqların təmini vəziyyəti və rəftar məsələləri araşdırılıb. Yenidən təşkil edilmiş görüş otaqlarına və kameralara baxış keçirilib.

 

Rəftar məsələlərinin araşdırılması məqsədilə bir qrup təqsirləndirilən şəxslər, o cümlədən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri və digər ağır cinayətlərdə təqsirləndirilən şəxslər fərdi qaydada qəbul edilib.

Musavat.com-un məlumatına görə, S.Əliyeva barəsində 20 illik həbs qərarı verilmiş separatçı Ruben Vardanyanla da görüşüb, onu dinləyib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib