Dərc edilib: 25-03-2026

https://www.nuh.az/44300-.html

Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı

25.03.2026 21:43:02

LIVE

Hazırda şərti cəza çəkən sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Bakının mərkəzində yerləşən obyekti satılıb.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 450 min manata hərraca çıxarılan qeyri-yaşayış sahəsini 600 min manata alıblar.müsadirə edilmiş 
Səbail rayonunun Azadlıq prospektindəki həmin obyekt 50, 6 kv.metr ərazidə yerləşir. İcra məmuru əmlakı ilk hərracda satıb.
Qeyd edək ki, S.Müslümov 27 milyon manat mənimsəmədə təqsirli bilinib. Dövlətə dəymiş ziyanı ödədiyi üçün ona şərti cəza verilib. Əlavə olaraq onun çoxsaylı əmlakı müsadirə edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib