Dərc edilib: 27-03-2026

https://www.nuh.az/44308-.html

500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə

27.03.2026 21:22:37

Mədəniyyət

30 ildən çox səhiyyə sistemində çalışmış Sara Mullalli Kenterberi Başyepiskopu vəzifəsinə gətirilməklə dünyada anqlikanların lideri seçilən ilk qadın olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 63 yaşlı Mullallinin rəsmi vəzifəyə başlama mərasimi Kenterberi Kafedralında, təxminən 2 min nəfərin iştirakı ilə keçirilib. 

Tarixi hadisədə Uels şahzadəsi Uilyam və həyat yoldaşı Ketrin də iştirak ediblər.


Ənənəyə uyğun olaraq, Mullalli kafedralın qərb qapısını əsası ilə üç dəfə vuraraq giriş icazəsi istəyib və mərasim onun iki fərqli taxtda oturması ilə başa çatıb. Bu taxtlar həm yerli yepiskopluq, həm də dünya anqlikanlarının ruhani liderliyi məsuliyyətini simvolizə edir.

Sara Mullallinin karyerası olduqca maraqlıdır. O, uzun illər Dövlət Sağlamlıq Xidmətində (NHS) çalışıb və 1999-cu ildə ölkənin baş tibb bacısı vəzifəsinə qədər yüksəlib. 2002-ci ildə rahibə təyin olunan Mullalli 2018-ci ildə Londonun ilk qadın yepiskopu kimi tarixə düşmüşdü.

Qeyd edək ki, kilsənin əvvəlki rəhbəri Castin Uelbi 1970-ci illərdən bəri baş verən bir sıra istismar hallarını ört-bas etməkdə günahlandırılan hesabatdan sonra 2024-cü ilin noyabrında istefa vermişdi. Evli və iki övlad anası olan Mullalli 6-cı əsrdən bəri təyin edilən 106-cı Kenterberi Başyepiskopudur.

NUH informasiya agentliyi səhifəsindən çap edilib