Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
Etibarlı mənbəmizin məlumatları əsasında Arazpress.com-un xətti ilə apardığımız ətraflı araşdırmalardan sonra məlum oldu ki, özünü Qubanın qara ləkəsi kimi tanıdan peşəkar fırıldaqçı Alibek (Adil) Kurbanovun törətdiyi qanunsuz əməllər çoxdur.
Üzə çıxardığımız ciddi faktlarla bağlı hazırlayıb dərc etdiyimiz yazılarla bu qatı cinayətkarın qaranlıq keçmişini ifşa edə bildik. Yazılarımızda xüsusi olaraq onu vurğuladıq ki, mövcud qanunlarımızın tələblərini saya salmayan Alibek Kurbanov özü kimi mahir fırıldaqçıları özündə birləşdirən çox təhlükəli bir şəbəkəyə başçılıq edir. Bu şəbəkədə adı öndə duranlar isə, Alibekin öz törəmələridir. Hətta onlar öz çirkin əməlləri ilə atanı geridə qoymağı da bacarıblar.
Yuxarıda qeyd olunanları təsdiq edən, əvvəlki yazılarımızın birindən götürülən və şok yaradan bir misal: Bu fırıldaqçı şəbəkənin ən təhlükəli qolu paytaxt Bakının mərkəzindəki bir tibb müəssisəsində gizlənir. “Sükanı” isə Alibekın 3 soyad (Məmmədyarova, Kurbanova, Süleymanova) daşıyıcısı olan qızı Sevdanın əlindədir. Araşdırmaların son nəticəsi deyir ki, atanın bu qızı dəhşət doğuran tibbi saxtakarlıqlarla məşğuldur. Podoloq maskası altında ailələrin qəniminə çevrilib. Atası tərəfindən xüsusi manipulyasiya üsulları ilə yetişdirilən “vərəsə” kimi bu gün insanların həm sağlamlığını, həm də ailə büdcələrini hədəfə alıb.
Xatırladaq ki, bu şəxs paytaxtdakı Məmməd Araz küçəsi, 47 ünvanında yerləşən “Pediatriya — 2” klinikasında sadəcə qeydiyyatçı kimi rəsmiləşib. Amma stomatologiya şöbəsində, həkimlərin arasında özünə qanunsuz “podoloq” otağı düzəldə bilib. Konkret desək, Kurbanovlar klanındakı bu şəxs də haram pul xatirinə çoxsaylı maliyyə fırıldaqlarından tutmuş, “tibbi terrora” qədər hər cür iyrəncliyə əl atıb. Baxmayaraq ki, ali tibbi təhsili olmadan insanların sağlamlığı ilə oynayan, eyni zamanda, onların ailə sirlərinə bələd olub, həyatlarını məhv edən belə birisinin fəaliyyəti çoxdan ölkənin hüquq-mühafizə orqanlarının diqqətində olmalıydı.
Bu yazımız başqa mövzudadır deyə, uzunçuluq edib oxucularımızın qiymətli vaxtlarını almaq istəmədik və əvvəlki yazılarımızın linkini sonda onların diqqətinə çatdırmağı lazım bildik — vaxtları olanda oxumaları üçün.
Bu yerdə əsas mövzuya keçib, öncə onu qeyd etmək istəyirik ki, Alibek Kurbanovun “mənəviyyat” maskası illər öncə bir sıra media vasitəsində dərc olunan çoxsaylı yazılara, üstəlik Rusiyada yayımlanan “Pust Qovoryat” (“Пусть говорят”) və Azərbaycanda yayımlanan “Səni Axtarıram” kimi nüfuzlu televiziya verilişlərinə aid şok faktların “ağırlığı” altında da darmadağın olub. Nüfuzlu mətbuat vasitələrinin manşetində oxucuların “gözünə girən” bu əsas yazılarda onun qanunsuz əməlləri barəsində nələr deyilməyib?!