Dərc edilib: 31-03-2026

https://www.nuh.az/44323-.html

Kanada Türkiyənin tarixi mirasını geri qaytardı - İlk dəfə (FOTO)

31.03.2026 18:57:39

LIVE

Kanadadan Türkiyəyə ilk rəsmi mədəni irsin qaytarılması həyata keçirilib və bu hadisə həm tarixi, həm də beynəlxalq hüquq baxımından əhəmiyyətli presedent kimi qiymətləndirilir.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy sosial media hesabında məlumat verib. O bildirib ki, Kanada Federal Məhkəməsinin qərarı əsasında 7 ədəd əlyazma səhifə, 2 nadir çap əsəri səhifəsi və 2 müasir xəttatlıq işi Türkiyəyə qaytarılıb.
Məlumata görə, XVII–XIX əsrlərə aid olan bu əsərlər Kanadanın paytaxtı Ottavada Türkiyə tərəfinə təhvil verilib. Bununla da Kanadadan Türkiyəyə həyata keçirilən ilk rəsmi qaytarılma prosesi uğurla başa çatdırılıb.
Qeyd edək ki, bu geriqaytarma Türkiyənin mədəni sərvətlərinin qorunması və onların qanunsuz dövriyyədən geri qaytarılması istiqamətində atdığı ardıcıl addımların davamı kimi qiymətləndirilir.
 
Günay
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib