Pedaqoji fakültələrdə Azərbaycan dili fənninin məzmunu tam tədris edilmir
Azərbaycan dili fənninin problemləri ilə bağlı filologiya üzrə fəlsəfə doktoru Könül Aydın öz Feysbuk səhifəsində yazıb.
Alim yazır:
"Azərbaycan dili müəllimləri ali məktəbdə fənnin kommunikativ məzmununu dərindən öyrənmədikcə fənnin tədrisində böyük problemlər davam edəcəkdir. Müşahidə etdiyim budur ki, hətta son dövrlərdə təhsilə qədəm qoyan gənc müəllimlər də bu istiqamətdə, demək olar ki, tamamilə hazırlıqsızdırlar. Kommunikativ məzmun ali məktəblərdə vəsait yoxluğu, fənnin müasir məzmununun tədrisə gətirilməməyi səbəbindən kurikulumun tətbiqinin ilk dövrü kimi problemli olaraq qalır. Mən danışıram, yazıram, izah edirəm, müəllimlər bu nəzəri mövzuları çətin hesab edib yaxınlaşmırlar. Çox kədərli vəziyyətdir.
Alim çıxış yolu olaraq, mütəxəssisləri ali məktəblərə cəlb edərək bu istiqamətdə elmi mövzuları dərindən işləmək, tədris etmək, praktikada yoxlamağı təklif edir.