Dərc edilib: 31-03-2026

https://www.nuh.az/44326-.html

Onun general pensiyası da kəsildi

31.03.2026 20:57:49

Kriminal

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin hazırda həbsdə olan keçmiş rəisi Mövlam Şixəliyevə 2016-cı ildə təyin olunmuş general pensiyası kəsilib.

 

NUH.az   Gununsesi.info-ya istinadla xəbər verir ki, Mövlam Şixəliyev bununla razılaşmadığı üçün məhkəməyə müraciət edib.

 

 

Keçmiş rəisin pensiyasının kəsilməsinə səbəb isə onun "general-mayor" rütbəsindən məhrum edilməsidir.

 

Şixəliyev məhkəməyə müraciətində iddia edir ki, 2016-cı ildə ovaxtkı MTN-dən "general-mayor" rütbəsində ehtiyata buraxılanda ona ömürlük pensiya təyin olunub və ödənişi dayandırıla bilməz.

 

2021-ci ilin aprelində həbs olunan və 12 il azadlıqdan məhrum edilən Mövlam Şixəliyevin çoxsaylı mənzilləri, bağ evləri, torpaq sahələri də müsadirə olunmuşdu. 2023-cü ilin iyulunda Prezident İlham Əliyev Mövlam Şixəliyevin "general-mayor" ali hərbi rütbəsindən, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenindən, "Vətən uğrunda" və "Hərbi xidmətlərə görə" medallarından məhrum edilməsi barədə sərəncam imzalayıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib