Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə hərbi jurnalist Tofiq Şahmuradov məlumat yayıb.
Martın 22-də Xarkov vilayəti istiqamətində gedən döyüşlərdə əslən azərbaycanlı Rəşad Fəzail oğlu Məmmədov həlak olub.
Onun müharibənin ilk günlərindən Ukrayna ordusunun tərkibində cəbhənin ən qaynar nöqtələrində döyüşdüyü, əvvəllər dəfələrlə yaralandığı bildirilib.